AZ

Reşford gələcəyi barədə danışdı: "Barselona"da qalacaq?

"Barselona"nın yarımmüdafiəçisi Markus Reşford Kataloniya klubundakı gələcəyi barədə danışıb.

Publika.az xəbər verir ki, müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan və icarə əsasında La Liqa klubunda çıxış edən ingilis futbolçu "Barsa"da qalmaq istədiyini bildirib:

"Gələcəyim? Mən "Barselona"da qalmaq istəyirəm. Bu, mənim məqsədimdir… Amma bu, məşqlərə səy göstərməyimin və meydanda bütün gücümü verməyimin səbəbi deyil. Məqsəd qalib gəlməkdir. "Barselona" böyük və möhtəşəm klubdur, titul qazanmaq üçün yaradılıb".

Qeyd edək ki, Reşford "Barselona"nın heyətində bütün turnirlərdə 24 oyun keçirib, 7 qol və 11 asssitlə yadda qalıb.

Seçilən
22
publika.az

1Mənbələr