AZ

Aleksandar Vuçiç Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Doğru.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Aleksandar Vuçiç dövlətimizin başçısını ad günü münasibətilə təbrik edərək, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və səmimi təbrikə görə minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı Prezident İlham Əliyevlə Prezident Aleksandar Vuçiçin əvvəlki görüşləri məmnunluqla xatırlanıb, Azərbaycan–Serbiya tərəfdaşlığının müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Dövlət başçıları ikitərəfli əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

DOĞRU.AZ

Seçilən
27
48
dogru.az

10Mənbələr