Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.
Müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan, cari mövsümün sonuna qədər nəzərdə tutulmuş icarə müqaviləsi əsasında "Barselona"nın formasını geyinən Markus Raşford gələcək karyerası ilə bağlı qərarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Sport.es" belə çatdırıb:
"Əlbəttə, mən "Barselona"da qalmaq istəyirəm. Məqsədim bəllidir, amma məşqlərdə bütün gücümlə çalışmağımın yeganə səbəbi bu deyil. Hədəfim qələbədir. "Barselona" titullar qazanmaq üçün yaradılmış nəhəng və möhtəşəm klubdur".
Qeyd edək ki, 2025-ci ilin iyulundan "Barsa"da olan Raşford cari mövsüm bütün turnirlərdə 24 matça çıxaraq 7 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Kataloniya təmsilçisində sərgilədiyi performans bir neçə Avropa nəhənginin diqqətini çəkib.
Nihat
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.