AZ

Hansı məhsul bioloji yaşa müsbət təsir göstərir?

ain.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Alimlər tünd şokoladın bioloji yaşa müsbət təsir etdiyini açıqlayıblar. Bu qənaətə London Kral Kollecinin tədqiqatçıları gəliblər. Onlar kakao paxlalarının tərkibində olan təbii maddə – teobrominin hüceyrə yaşlanmasının əsas göstəriciləri ilə əlaqəsini araşdırıblar.

AzPost xəbər verir ki, araşdırmada təxminən 1700 nəfər iştirak edib. İştirakçıların qanında teobrominin səviyyəsi ölçülüb, daha sonra isə müasir üsullarla onların bioloji yaşı qiymətləndirilib. Bu qiymətləndirməyə DNT-nin metilləşməsi analizi və yaş artdıqca qısalan xromosom ucları – telomerlərin uzunluğunun ölçülməsi də daxil edilib.

Nəticələr göstərib ki, qanında teobrominin səviyyəsi yüksək olan şəxslərdə epigenetik göstəricilər əksər hallarda real yaşdan daha gənc bioloji profili əks etdirir. Yəni bu insanların orqanizmi hüceyrə səviyyəsində gözləniləndən daha “gənc” olub.

Tədqiqatın müəllifləri qeyd ediblər ki, bu araşdırma müşahidə xarakteri daşıyır və birbaşa səbəb-nəticə əlaqəsini tam sübut etmir. Ola bilsin ki, daha sağlam həyat tərzi sürən və digər şirniyyatlar əvəzinə tünd şokolada üstünlük verən insanların ümumi vərdişləri də bu müsbət təsirə səbəb olur.

Alimlər yüksək kakao tərkibli tünd şokoladı potensial olaraq faydalı məhsul hesab etsələr də, onun kifayət qədər kalorili olduğunu xatırladır və az miqdarda qəbul edilməsini tövsiyə edirlər. Gələcək tədqiqatlarda isə teobrominin şokoladdan ayrı şəkildə təsirinin öyrənilməsi və bu maddənin nəzarətli formada istifadəsi imkanlarının araşdırılması planlaşdırılır.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
azpost.info

2Mənbələr