AZ

Əliyev və Mehriban Əliyeva Xankəndidə Zəfər parkının açılışında iştirak ediblər/Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak ediblər.

Prezidentin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov dövlət başçısına parkda yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, ümumi sahəsi 9 hektar olan parkın təməli bu ilin fevralında qoyulub.

Parkda 44 pilləkən, hündürlüyü rəmzi olaraq 44 metr olan Zəfər tağı və “Zəfər qalereyası” yaradılıb. Lövhələrdə 44 günlük Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatları ilə bağlı məlumatlar əks olunub.

Ərazidə abadlıq işləri aparılıb, fəvvarələr, işıqlandırma və musiqi sistemləri quraşdırılıb, 500-dən çox ağac və 11 mindən artıq kol və gül əkilib.

Zəfər parkının yaradılması Azərbaycanın ərazi bütövlüyünün bərpasını və işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin davam etdiyini simvolizə edir.

 

12:17

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak ediblər. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Seçilən
44
49
anews.az

10Mənbələr