AZ

Ağdamda “Xilaskarlıq missiyasının davamçısı” mövzusunda tədbir keçirilib - FOTOLAR

24 dekabr 2025-ci il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Xilaskarlıq missiyasının davamçısı” mövzusunda tədbir keçirilib.

"Unikal" xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin və YAP Ağdam Rayon Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri, qazilər, ərazi partiya təşkilatlarının sədrləri, idarə müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri düzmüşlər. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ilk öncə Dövlət Himni səsləndirilmiş, Ümummilli liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxış edən RİH başçısı Vaqif Həsənov və digər natiqlər Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli dövlətçilik ideologiyasının cənab Prezident İlham Əliyev tərəfindən müasir idarəetmə mexanizmləri ilə zənginləşdirilməsindən, siyasi, iqtisadi, sosial və digər sahələrdə əldə edilən uğurlardan, nəqliyyat və logistika sahəsində həyata keçirilən layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirilməsindən bəhs etmişlər. Tədbirin sonunda YAP Ağdam Rayon Təşkilatı tərəfindən bir qrup şəhid ailəsinə bayram sovqatı paylanmış, partiya sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edilmişdir.

Seçilən
37
unikal.az

1Mənbələr