Ermənistan Konstitusiyasına əsasən, 2026-cı il parlament seçkiləri 2–12 iyun tarixləri arasında keçirilməlidir.
Moderator.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vahan Ovakimyan bildirib.
Onun sözlərinə görə, seçkilərin dəqiq günü prezidentin fərmanı ilə müəyyən edilir və hazırda belə bir fərman mövcud deyil. Bununla belə, qeyd olunan tarix aralığında yeganə bazar günü 7 iyuna təsadüf etdiyindən seçkilərin həmin gün keçirilməsi gözlənilir.
Ovakimyan bildirib ki, seçkilərin iş gününə təyin olunması əlavə hüquqi prosedurlar tələb edə bilər.