Bakı. Trend:
2025-ci il ərzində Britaniyanın sərhədlərində təxminən 260 minsaxta oyuncaq müsadirə olunub.
Trend xariciKİV-ə istinadla xəbər verir ki, Britabiya Daxili İşlər Nazirliyininməlumatına görə, təhlükəli məhsul kimi sərhəddə saxlanılan buoyuncaqların tərkibində xərçəngə səbəb ola biləcək maddələr,boğulma riski və təhlükəli naqillər kimi ciddi qüsurlaraşkarlanıb.
Müsadirə edilən oyuncaqların 90%-ni tüklü, qremlin tipli,özünəməxsus dişləri olan və Çində istehsal edilən "Labubu"kuklalarının saxta versiyaları təşkil edib.
Sərhəd Qüvvələrinin müsadirə etdiyi bu saxta məhsulların 75%-itəhlükəsizlik standartlarına cavab vermədiyindən, uşaqlar üçünciddi təhlükə yaradır. Müsadirə edilən oyuncaqlar arasında"Jellycats", "PlayStation" kontrollerləri, "Disney" məhsulları və"Pokemon" heykəlcikləri də olub.
Bu məhsulların hamısı məhv edilib. Rəsmilər valideynlərə oyuncaqalarkən yalnız rəsmi mənbələrə üstünlük verməyi tövsiyə edib.