Asiyada nadir sualtı sərvət kəşf edilib.
Publika.az xəbər verir ki, "South China Morning Post" qəzetinin məlumatına görə, Laizhou bölgəsində sübut edilmiş qızıl ehtiyatları 3900 tonu keçib.
Bu miqdar isə Çinin təsdiqlənmiş ümumi qızıl ehtiyatlarının təxminən 26 faizinə bərabərdir.
Rəsmilər bu kəşfi Asiyanın ən böyük sualtı qızıl kəşfi kimi təsvir edirlər.