AZ

Belarusda pilotları dinləyən casus şəbəkəsi ifşa olunub

Mülki və hərbi aviasiya pilotlarını izləyən xarici kəşfiyyat agentlikləri şəbəkəsi dağıdılıb.

Herbiand.az bildirir ki, bu barədə Belarus KQB sədri İvan Tertel məlumat verib.

“KQB sədrinin dediyi kimi, bu il əks-kəşfiyyat müəyyən şəxslərin köməyi ilə Belarusda fəaliyyət göstərən geniş, çoxşaxəli xarici kəşfiyyat agentlikləri şəbəkəsini aşkar edərək dağıdıb. Bu, həm mülki, həm də hərbi aviasiya pilotları arasında rabitənin monitorinqini təmin edən texniki avadanlıqların quraşdırılmasını əhatə edirdi”, - Belta xəbər agentliyi Terteldən sitat gətirib.

KQB sədri vurğulayıb ki, monitorinq həmçinin, həssas obyektlərin ətrafında da aparılıb: “Genişmiqyaslı əks-kəşfiyyat işləri bu təhdidləri aradan qaldırmağa imkan verdi”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
23
herbiand.az

1Mənbələr