AZ

34 yaşlıı futbolçu xizək liftindən yıxılaraq öldü

Alman futbolçu 34 yaşında xizək liftindən yıxılaraq vəfat edib.

Ucnoqta.az xəbər verir ki, "Spiegel"in məlumatına görə, Darmştadtın keçmiş müdafiəçisi Sebastian Hertner Monteneqrodakı xizək kurortunda tətildə olarkən kreslodan 70 metr hündürlükdən yıxılıb və ölüb.

Hertner 34 yaşında idi. Dekabrın 20-də baş verən faciəyə Savin Kuk (Durmitor) zirvəsinə qaldırılan xizək liftindəki iki stulun toqquşması səbəb olub.

Hertnerin həyat yoldaşı kresloda ilişib qalıb və xəsarət alıb.

Seçilən
47
ucnoqta.az

1Mənbələr