AZ

Hicran Hüseynova: “Qadına bərabər münasibətin təməlini islam dini qoyub”

ain.az bildirir, Bizim media portalına istinadən.

“Azərbaycan müasir, öz dini, milli köklərinə bağlı olan, eyni zamanda tolerant, dünyaya açıq bir ölkədir”.Bizim.Media xəbər verir ki, bu sözləri bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində “Qadınların sosial və mənvəi inkişafında dini icmaların rolu” mövzusunda keçirilən panel çıxışı zamanı deyib.“Ölkə başçısının və Respublikanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən müxtəlif səviyyəli tədbirlər, xüsusi ilə “Bakı prosesi” formatı Azərbaycanı regionda və dünyada tolerantlıq nümunəsinə çevirib.Onu da qeyd edim ki, Milli Məclisdə müvafiq məsələlərlə bağlı qanun layihələrinin müzakirəsi zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul şəxslərini, dini icmaların nümayəndələrini dəvət edirik. Eləcə də, erkən nikah, qızların təhsildən yayınması, ailə dəyərlərinin təbliği, məişət zorakılığı, qadınlara qarşı ayrı-seçkilik və digər mövzularda keçirilən ictimai dinləmələrdə də onların rəy və təkliflərini diqqətdə saxlayırıq.

 

Biz dünyəvi dövlətik. Eyni zamanda, çoxmilyonlu müsəlman dünyasına aidik. Bu, qadın hüquqlarının müdafiəsində, hüquq bərabərliyinin təmin edilməsində, ailədaxili münasibətlərin, o cümlədən, əxlaqi, mənəvi dəyərlərin formalaşmasında, uşaqlarda dərin tərbiyəvi xarakterin yaranmasında özünü göstərir. Tək bir nümunə ilə İslam dinin və Müqəddəs Quranın qadına verdiyi dəyəri anlamaq mümkündür.

Ali Dini Kitabda buyurulur: “Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da onlar üzərində hüquqları vardır”. İslam dini bəşər tarixində ilk dəfə qadına bərabər münasibətin təməlini qoymuşdur. Və bu, BMT-nin «Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında» beynəlxalq Konvensiyasına uyğun gəlir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş bərabərlik hüququ ilə səsləşir”.Naibə Məmmədova, Pərviz Allahverdiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
bizim.media

2Mənbələr