Türkiyənin Suriyaya ixracı 3 milyard dolları keçib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu ticarət nazirinin müavini Özgür Volkan Ağar deyib.
O bildirib ki, keçən il Suriyaya ixrac 1,95 milyard dollar olub. Bu il isə əvvəlki illərlə müqayisədə 54 faiz artım qeydə alınıb.
İxracatda böyük uğurlar qazanıldığını vurğulayan Ağar, "Antalya turizm, xidmət, ixrac və logistika baxımından bizim üçün son dərəcə vacib bir şəhərdir" deyib.
Türkiyənin 2024-cü ildə mal ixracının 261,8 milyard dollar təşkil etdiyini xatırladan Ağar, son 12 ayda illik mal ixracının 270 milyard dolları keçdiyini bildirib.
Süleyman