ain.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qarabağ”ın müdafiəçisi Mateus Silva Braziliyanın "Vitoria" klubunun hədəfindədir.
Sportal.az “MeuVitoria” portalına istinadən xəbər verir ki, ilkin əlaqələr artıq baş tutub, lakin hələlik rəsmi təklif və ya aktiv danışıqlar olmadığı üçün razılaşma olmayıb. Təcili transferə mane olan amillər braziliyalı futbolçunun uzunmüddətli müqaviləsi və Çempionlar Liqasının altı oyununun hamısında start heyətində yer almasıdır.
Xatırladaq ki, Ağdam klubu ilə Silva arasındakı müqavilə 2027-ci ilin yayına qədər qüvvədədir. Əlavə edək ki, "Flamenqo"nun da Mateusla maraqlandığı iddia edilirdi.
saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.