AZ

Roma Papası Rusiyaya Miladda atəşkəs çağırışı etdi - "bu böyük təəssüf doğurur"...


Roma Papası XIV Leo jurnalistlərə bildirib ki, Rusiyanın Milad atəşkəsindən imtina etməsi böyük təəssüf doğurur. Buna baxmayaraq o, yenədə Miladda 24 saat ərzində sülhün olacağına ümid edir.

“Böyük təəssüf doğuran şeylərdən biri Rusiyanın atəşkəsə razılaşmaqdan imtina etməsidir. Xoş niyyətli insanları sülh günü kimi Milada hörmət etməyə bir daha çağırıram. Ümid edirəm ki, onlar bizi dinləyəcəklər və bütün dünyada 24 saat ərzində sülh olacaq” – Papa bildirib.

Ötən həftə Kremlin mətbuat katibi Peskov Almaniyanın kansleri Fridrix Mertsin Milad dövründə müharibədə mümkün atəşkəs çağırışını rədd edib. Peskov bildirib k, Kreml atəşkəs istəmir, çünki bu, Ukraynaya fasilə verməyə və müharibənin davam etməsinə hazırlaşmağa imkan verəcək.

TAHİR

Seçilən
29
baki-xeber.com

1Mənbələr