İranın paytaxtı Tehranda hava çirkliliyinin kəskin artması səbəbindən bu günə planlaşdırılan futbol matçları təxirə salınıb.
Vətəninfo.az xəbər verir ki, İran dövlət televiziyası Tehran Vilayəti Futbol Federasiyasının Səhiyyə Komitəsinin məsələ ilə bağlı yaydığı yazılı açıqlamaya istinadən xəbər verir ki, hava temperaturunun yüksəlməsi fonunda çirklənmə səviyyəsinin artması futbol oyunlarının keçirilməsini mümkünsüz edib.
Bəyanata görə, 24 dekabr, çərşənbə günü Tehranda bütün futbol fəaliyyətləri qadağan olunub, həmçinin məşqlərin keçirilməsinə də icazə verilməyəcək.
Hava Keyfiyyəti Ölçmə Şirkətinin məlumatına əsasən, bu gün Tehranda havadakı çirkləndirici hissəciklərin miqdarı kubmetr üzrə 149 mikroqram təşkil edib. Bu göstərici hava keyfiyyəti indeksinə görə “həssas” səviyyə kimi qiymətləndirilir.