“Bu gün ən böyük problem dini maarifləndirmənin zəif olmasıdır”.
Paralel.az xəbər verir ki bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində “Qadınların sosial və mənvəi inkişafında dini icmaların rolu” mövzusunda keçirilən panel çıxışı zamanı deyib.
O bildirib ki, islam dini qadınlara çox sayda hüquqlar verib:
“İslamın qadınlara verdiyi hüquqların pozulması hallarına daha çox kişilər cəhd edib. Görünür, kişilərə qadınların irəli getməsi sərf etməyib”, - deyə o çıxışına əlavə edib.
Onun sözlərinə görə, islamın qadınlara verdiyi hüquqlar müasir dövrdə “gender bərabərliyi” ilə səsləşir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta