AZ

Abşeronda ər ondan boşanmaq istəyən arvadını döydü

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Abşeron rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 8 oktyabr 2025-ci ildə Xırdalan şəhərində baş verib. Kəlbəcər rayon sakini, 1987-ci il təvəllüdlü Əziz həmin gün gecə saat 23 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evində arvadı Fəridə (ad-soyad şərtidir – red.) ilə mübahisə edib. Belə ki, arvadının evə gec gəlməsi, habelə aralarındakı nigaha xitam vermək istəməsi səbəblərindən ailə daxili münasibətlər zəminində yaranmış narazılıqla bağlı mübahisələri baş verib. Həmin mübahisə zamanı Əziz əsəbiləşərək Fəridənin üzərinə hücum edib. O, əl, yumruq zərbələri ilə arvadının bədənin müxtəlif nahiyələrinə ardıcıl vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Əzizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən ona qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
demokrat.az

1Mənbələr