AZ

"Fənərbaxça"dan yeni transfer -

“Fənərbaxça” “Alanyaspor”un futbolçusu Maestronun xidmətindən maraqlıdır. Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi transferi reallaşdırmaq üçün hərəkətə keçib. Məlumata görə, “Fənərbaxça”nın idman direktoru Devin Özek gənc oyunçu və onun nümayəndələri ilə danışıqlar aparıb. Tərəflərin razılığa gəldiyi bildirilir. Bildirilir ki, Maestro özü də karyerasını “Fənərbaxça” kimi ambisiyaları olan klubda davam etdirmək istəyir. Məlumata görə, “Alanyaspor” Maestro üçün 6 milyon avro tələb edib. “Fənərbaxça” isə əvvəlcə 4,5 milyon avro təklif edib. Tərəflər arasında danışıqların davam etdiyi və “Fənərbaxça”nın transferi yekunlaşdırmaq istədiyi bildirilib.

Qeyd edək ki, Maestro bu mövsüm Türkiyəyə transfer olub. İstedadlı futbolçu uğurlu oyun nümayiş etdirir.

Seçilən
27
1
metbuat.az

2Mənbələr