İsrail müdafiə ordusu Livanın cənubunda "Hizbullah" qruplaşmasının ehtimal olunan raket buraxılış meydançalarına növbəti hava zərbələri endirdiyini açıqlayıb.
Bu barədəAznews.az İsrail KİV-inə istinadən xəbər verir.
"İsrail Livanın cənubunda bir neçə rayonda "Hizbullah"ın bir sıra raket buraxılış meydançalarına zərbələr endirib", - İsrail müdafiə ordusunun teleqram kanalında bildirilib.
Bundan əlavə, İsrail müdafiə ordusu iddia edir ki, qruplaşma tərəfindən istifadə edilən binalar və digər infrastruktur obyektləri məhv edilib.