AZ

"Spartak" hücumçusunu itirə bilər

Moskvanın "Spartak" klubunun hücumçusu Levi Qarsiya qış transferində klubdan ayrıla bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə euro-football.ru məlumat yayıb.

Mənbənin məlumatına görə, hücumçu ilə bir neçə xarici komanda maraqlanır. Lakin nə "Spartak", nə də Qarsiya hazırda tərəfdaşlıqlarına son qoymaq niyyətində deyil.

Qeyd edək ki, Qarsiya bu mövsüm "Spartak"ın heyətində 18 oyun keçirib, altı qol vurub və üç məhsuldar ötürmə edib.

Seçilən
19
1
operativmm.az

2Mənbələr