Bakı. Trend:
Dekabrın 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamandaəksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı vənarıncı xəbərdarlıq verib.
Trend xəbərverir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Salyan,Neftçala, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərbküləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Xızı, Qazax, Ağstafa, Tovuz,Şəmkir, Samux, Goranboy, Balakən, Zaqatala, Qax, Şəki, Hacıqabul,Sabirabad, Şirvan, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Biləsuvar,Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Mingəçevir,Yevlax, Naftalan, Bərdə, Tərtər, Gəncə, Gədəbəy, Göygöl, Qobustandaisə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyinsürəti 13.9-20.7 m/san təşkil edəcək.