AZ

Premyer Liqa nəhənginin hədəfləri

“Mançester Yunayted” qarşıdan gələn qış transfer pəncərəsində heyətinə 2 yarımmüdafiəçi qatmağı planlaşdırır.

Msport.az xəbər verir ki, bu haqda “talkSPORT” məlumat yayıb.

“Qırmızı şeytanlar”ın nəzarətdə saxladığı oyunçuların siyahısında 7 yarımmüdafiəçi var. Bunlar Konor Qallaher (“Atletiko”), Ruben Neves (“Əl-Hilal”), Karlos Baleba (“Brayton”), Elliot Anderson (“Nottinqem Forest”), Adam Uorton (“Kristal Pelas”), Tayler Adams (“Bornmut”) və Ancelo Stillerdir (“Ştutqart”).

Bildirilib ki, ən çox ehtimal olunan variant Qallaher və Nevesin transferidir.

Seçilən
19
msport.az

1Mənbələr