Macarıstanın Baş naziri Viktor Orban 2026-cı ildə Avropada müharibənin başlaması ehtimalını istisna etmir.
O, bu fikri "Magyar Nemzet" qəzetinə verdiyi müsahibədə bölüşüb .
"Bəli, bunu istisna etmək olmaz", - deyə o, 2025-ci ilin sülhün son ili olub-olmaması ilə bağlı sualı cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Avropadakı hərbi gərginlik Qərbi Avropa və Avropa Birliyinin tənəzzülünün nəticəsidir. O əlavə edib ki, İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra dünyanın bu hissəsində nüvə müharibəsinə çevrilə biləcək yeni bir hərbi münaqişə qorxusu var idi, lakin indi tamamilə yeni bir dünya yaranır.