Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Birlik Hökumətinin Baş naziri Abdülhamid Dibeyba ilə telefon danışığı aparıb.
Moderator.az "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə lideri danışıqlar zamanı Ankarada baş verən təyyarə qəzasına toxunub.
Ərdoğan hadisədən kədərləndiyini bildirib və Liviya liderinə başsağlığı verib.
Xatırladaq ki, Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini və onu müşayiət edən şəxsləri daşıyan təyyarə Ankara yaxınlığında qəzaya uğrayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.