AZ

İranda qadınlarla bağlı səs-küylü qərar

BAKI, 24 dekabr. TELEQRAF

İran parlamenti Mülki Məcəllənin 1085-ci maddəsində dəyişiklik edərək, qadınların mehriyyə (nikahpulu) almaq şərtlərini daha da sərtləşdirib.

Teleqraf xəbər verir ki, qadın yeni dəyişiklik əsasında mehriyyəni almazdan əvvəl ancaq həyat yoldaşı ilə “xüsusi itaət”dən (cinsi yaxınlıq) imtina edə bilər.

Əvvəllər qadın mehriyyə ödənilənədək həyat yoldaşının evini tərk edə bilərdi. Amma bu dəyişiklikdən sonra artıq “həbs hüququ”na istinadla ərinin evində yaşamaqdan imtina edə bilməyəcək.

Mehriyyə daimi və ya müvəqqəti nikahla qadına verilən maldır. Mehriyyənin miqdarı tərəflərin razılığı ilə müəyyən olunur. Kişi sahibi olduğu malı qadına mehriyyə verə bilər.

Xatırladaq ki, bu gün qəbul edilən qanun layihəsi İranda geniş reaksiyalara səbəb olub.

İran parlamentinin deputatı Fəthullah Təvəsoli bunu “qadınlara zülm” adlandırıb:

“Bu gün atdığımız addımlarla ölkə əhalisinin yarısını, qadınları özümüzə qarşı qoyuruq. Biz kişilər qadınlara zülm edirik, bu reallıqla razılaşmalıyıq”.

Seçilən
29
teleqraf.com

1Mənbələr