AZ

Kəpəkli çörəyin faydaları nələrdir? – Arıqlamaq istəyənlər üçün vacib məlumat

Kəpəkli çörək sağlam qidalanmaya üstünlük verənlərin ən çox seçdiyi məhsullardan biridir.

Turkustan.az bildiriir ki, bu çörək növü lif, vitamin və minerallarla zəngin olduğu üçün orqanizm üçün bir sıra faydalar təqdim edir.

Araşdırmalar göstərir ki, kəpəkli çörək həzm sisteminin düzgün işləməsinə kömək edir, bağırsaq fəaliyyətini tənzimləyir və qəbizliyin qarşısını almağa dəstək olur. Lif tərkibinin yüksək olması sayəsində qan şəkərinin sürətlə yüksəlməsinin qarşısını alır, bu isə diabet riskinin azaldılmasında mühüm rol oynayır. Eyni zamanda ürək-damar sağlamlığını qorumağa kömək etdiyi bildirilir.

Kəpəkli çörək arıqladırmı?

Mütəxəssislər vurğulayır ki, kəpəkli çörək uzunmüddətli toxluq hissi yaratdığı üçün çəki nəzarətinə dəstək ola bilər, lakin təkbaşına arıqlatma təsiri yoxdur. Arıqlamaq üçün balanslı qidalanma və fiziki aktivlik əsas şərt sayılır.

Diqqət edilməli məqamlar

Həddindən artıq kəpəkli çörək istehlakı bəzi insanlarda şişkinlik, qaz və mədə narahatlığı yarada bilər. Bu səbəbdən gündəlik rasionda ölçülü şəkildə yer alması tövsiyə olunur.

Mütəxəssislər kəpəkli çörəyin ağ çörəyə sağlam alternativ olduğunu bildirir və fərdi sağlamlıq vəziyyətinə uyğun istehlak edilməsini məsləhət görür. /Pravda.az/

Seçilən
5
1
turkustan.az

2Mənbələr