Azərbaycan yığmasının sabiq futbolçusu Cavid Hüseynovun fəaliyyətini “Neftçi”də davam etdirəcəyi barədə xəbərlər yayılmışdı.
İdman.Biz offsideplus.az-a istinadən xəbər verir ki, veteran futbolçunun köməkçi məşqçi vəzifəsinə dəvət aldığı iddia olunur.
Məsələ ilə bağlı “Neftçi”dən bildirilib ki, yayılan informasiyalar həqiqəti əks etdirmir.
Qeyd edək ki, Cavid Hüseynov 2023-24-cü illərdə "Turan Tovuz"da Kurban Berdıyevin köməkçisi vəzifəsini yerinə yetirib.
O, eyni zamanda Misli Premyer Liqasında "Şamaxı" və "Səbail" klublarının baş məşqçisi kimi çalışıb.