AZ

Olimpiya çempionu olan idmançı vəfat etdi

Çəkic atma növü üzrə Olimpiya çempionu, tanınmış ukraynalı yüngül atlet və məşqçi Anatoli Bondarçuk dünyasını dəyişib.

Milli.Az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, uzun illər Kanadada yaşayan sabiq idmançı 85 yaşında vəfat edib.

Anatoli Bondarçuk 1972-ci ildə Münhendə keçirilən Yay Olimpiya Oyunlarında 75,50 metr nəticə göstərərək Olimpiya rekordunu qırıb və qızıl medal qazanıb. O, karyerası ərzində həmçinin 1969-cu ilin Avropa çempionu olub və dörd dəfə SSRİ çempionluğunu əldə edib.

Bondarçukun vəfatı atletika dünyasında böyük itki kimi dəyərləndirilir.

Hüseyn
Milli.Az

Seçilən
69
50
milli.az

10Mənbələr