AZ

Cəlilabadda bu xəstəxanada elektron növbə sistemi qurulub

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

TƏBİB tabeliyindəki tibb müəssisələrində növbələrin tənzimlənməsi, elektron növbə sisteminin işlək vəziyyətə gətirilməsi istiqamətindən həyata keçirilən tədbirlər davam etdirilir.

“Cebheinfo.az” xəbər verir ki, mərhələli şəkildə icra olunan proses artıq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında da tam yekunlaşıb.

Bundan sonra tibb müəssisələrində vətəndaşlar tibbi xidmətlərdən əvvəlkindən daha rahat şəkildə istifadə edəcəklər.

Quraşdırılan yeni sistem sayəsində qəbul zamanı yaranan sıxlıq müəyyən qədər aradan qaldırılacaq, insanlar vaxt itkisi olmadan növbəyə yazılacaq və rahatlıqla tibbi xidmətlərdən yararlanacaqlar.

Burada elektron növbə monitorlarının quraşdırılması canlı növbənin idarə edilməsinə dəstək verəcək, növbə prosesinin ardıcıllığına nəzarəti təmin edəcək.

Qeyd edək ki, regionlarda yerləşən TƏBİB tabeli tibb müəssisələrinə yalnız şəhər mərkəzlərindən deyil, həm də ətraf kənd və qəsəbələrdən vətəndaşlar müraciət edir.

Bu baxımdan, tibbi xidmətlərin elektron növbə sistemi prinsipi əsasında təşkili əhalinin bərabər və fasiləsiz şəkildə tibbi yardımdan faydalanmasına, ümumilikdə isə xidmətlərin hər kəs üçün daha əlçatan olmasına şərait yaradır.

Məlumat üçün bildirək ki, hazırda paytaxtda və Abşeron ərazisində yerləşən 17 tibb müəssisəsində 33 növbə terminalı və 99 monitor (TV), regionlarda isə 28 tibb müəssisəsində 51 növbə terminalı və 133 monitor quraşdırılıb.

Nigar

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
1
cebheinfo.az

2Mənbələr