AZ

Ayxan Abbasov postundan gedir, Neftçi də yeni məşqçi

Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Səbail"in sabiq baş məşqçisi Cavid Hüseynov "Neftçi"də işləyə bilər. Beş ay çalışdırdığı Bayıl klubunun sükanı arxasından bu ilin martında ayrılan mütəxəssis "ağ-qaralar"dan təklif alıb. Hüseynov ukraynalı ilə işləməyə həvəslidir, hazırda tərəflər arasında müqavilə şərtləri müzakirə olunur.

Ölkə.Az xəbər verir ki, Azərbaycan futbolunun manşet xəbərlərindən biri də "Şamaxı"nın yeni mövsümə Ayxan Abbasovla başlaya bilməyəcəyi ilə bağlıdır. Sportinfo yazır ki, AFFA-dan daxil olan informasiyaya görə, o, gələn ilin iyununda "şirlər"lə əməkdaşlığını dayandıracaq. Bu, AFFA-nın tələbidir. Tələbə əsasən, əsas və aşağı yaş qrupları üzrə yığmalara təyinat alan məşqçilər bundan sonra eyni vaxtda iki yerdə işləyə bilməyəcək. Bildirilib ki, 2024-cü ilin yayından bəri "Şamaxı"da olan mütəxəssis əyalət təmsilçisindən getməyi üstün tutub.

Azərbaycan yığması qarşıdakı Millətlər Liqasına Ayxan Abbasovla gedəcək. O, ən azı 1 il ölkənin əsas komandasının sükanı arxasında əyləşəcək.

Bundan başqa, Premyer Liqada daha bir baş məşqçi - Elmar Baxşıyevlə “Araz Naxçıvan” yolları ayırıb. Bildirilir ki, nəticələr ürəkaçan olmadığı üçün mütəxəssislə müqaviləyə xitam verilib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
2
olke.az

3Mənbələr