AZ

“Qarabağ”ın daha bir futbolçusuna Braziliyadan təklif var

"Qarabağ"ın daha bir futbolçusu Braziliyaya qayıda bilər.

Aktual.az xəbər verir ki, Braziliyanın "Viktoriya” klubu Mateus Silvanı transfer etməkdə maraqlıdır.

Qeyd edək ki, 2023-cü ildən "Qarabağ"ın formasını geyinən Mateus Silva 107 rəsmi oyunda iştirak edib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Xatırladaq ki, daha əvvəl Braziliyanın "Botafoqo" futbol klubu "Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyo ilə müqavilə imzalamaq üçün ikinci dəfə rəsmi təklif göndərib.

Seçilən
8
2
ulusum.az

4Mənbələr