AZ

Sağa dönmə zamanı avtobus zolaqlarında qəzaya düşə bilərsiniz XƏBƏRDAQLIQ

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sürücülərə avtobus zolaqları ilə bağlı xəbərdarlıq edilib.

Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sağa dönmə zamanı avtobus zolaqlarında yaranan təhlükəli vəziyyətlərlə bağlı sürücülərə müraciət edib. Onun sözlərinə görə, yol nişanlanmasında qırıq xətt olmadıqda avtobus zolağına daxil olmaq qadağandır. Bəzi hallarda zolağa daxil olaraq sağa dönməyə icazə verilsə də bu manevr yalnız ikinci hərəkət zolağından həyata keçirilməlidir. Məhz bu məqamda sürücülərin diqqətsizliyi ciddi risk yaradır.

Bu şəhərdə son bir ildə avtomobil qəzası olmayıb: Səbəbi isə çox sadədir

Aqil Rəhimov bildirib ki, sağa dönərkən güzgüyə baxılmaması xüsusilə təhlükəlidir. Çünki bu zaman sağ tərəfdən yüksək sürətlə hərəkət edən motosikletlər və avtobus zolağından qanunsuz istifadə edən digər nəqliyyat vasitələri qəfil toqquşmaya səbəb ola bilər. Belə vəziyyətlərdə qəza qaçılmaz olur və nəticədə həm vaxt itkisi, həm də ciddi maddi və fiziki zərər yaşanır.

Məşqçi vurğulayıb ki, avtobuslar bu zolaqlarda adətən yüksək sürətlə hərəkət edir və sürücü güzgüyə baxmadan manevr edərsə ağır nəticələr qaçılmazdır. “Avtobusun sürəti və kütləsi nəzərə alınarsa, belə hallarda sağ qalmaq ehtimalı son dərəcə aşağıdır”, – deyə o qeyd edib.

Aqil Rəhimov sürücülərə çağırış edərək sağa dönməzdən əvvəl sürəti azaltmağı, mütləq güzgülərə baxmağı və diqqətli olmağı tövsiyə edib. Onun sözlərinə görə, bir neçə saniyəlik diqqət həyatınızı alt-üst edəcək qəzanın qarşısını ala bilər.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
1
avtosfer.az

2Mənbələr