AZ

Din Xadimlərinin Forumu inklüzivliyi ilə seçilir -

Azərbaycan Din Xadimlərinin II Forumu iştirakçı tərkibinə görə digər ölkələrdə keçirilən analoji tədbirlərdən əhəmiyyətli dərəcədə fərqlənir. Metbuat.az-ın məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Forum çərçivəsində jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, əsas fərq forumun yalnız bir dini mənsubluğa və ya tək bir konfessiyaya aid din xadimlərini deyil, Azərbaycanda fəaliyyət göstərən bütün dini konfessiyaların və icmaların nümayəndələrini bir araya gətirməsidir. Forumda İslam dini icmaları ilə yanaşı, ölkədə fəaliyyət göstərən xristian icmaları – Rus Pravoslav və Gürcü Pravoslav kilsələri, Lüteran kilsəsi, eləcə də digər xristian və protestant icmaları təmsil olunur.Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən yəhudi dini icmalarının hamısının forumun işində iştirak etdiyi vurğulanıb.Gündüz İsmayılov qeyd edib ki, forumun mühüm cəhətlərindən biri də ənənəvi dini konfessiyalarla yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçmiş, sayından asılı olmayaraq kiçik dini icmaların da təmsil olunmasıdır.Sədr müavini əlavə edib ki, forumda respublikanın bütün bölgələri təmsil olunur. Buraya yalnız İslam icmaları deyil, eyni zamanda Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən qeyri-islam dini icmaları da daxildir.

Forumun gündəliyinə toxunan G. İsmayılov bildirib ki, panel müzakirələrində dövlət–din münasibətlərinin tənzimlənməsi, dini təhsil, multikulturalizm və tolerantlıq dəyərləri, eləcə də qadın hüquqları əsas mövzular sırasında yer alır. Bu yanaşma Azərbaycanın dini müxtəliflik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan modelinin bariz göstəricisi kimi dəyərləndirilir.

Seçilən
5
3
metbuat.az

4Mənbələr