AZ

Eldar Nuriyev: “İlham Əliyev və Böyük Qayıdış” kitabı tarixi həqiqətləri sənədləşdirir

Bakı, 24 dekabr, AZƏRTAC

Prezident İlham Əliyev haqqında kitab yazmaq uzun illərdir arzum idi. “İlham Əliyev və Böyük Qayıdış” adlı kitabımda faktlarla yanaşı, Prezidentimizin liderlik keyfiyyətlərini, Azərbaycan xalqına dərin bağlılığını və ölkəmizin inkişafı naminə göstərdiyi fədakar fəaliyyəti əks etdirməyə çalışmışam. Prezident İlham Əliyev ötən illər ərzində Azərbaycan üçün misilsiz işlər görüb. Məhz onun uzaqgörən və qətiyyətli rəhbərliyi sayəsində iqtisadiyyatımız davamlı şəkildə inkişaf edib, Ordumuz güclü və peşəkar səviyyəyə yüksəlib, Azərbaycan isə beynəlxalq aləmdə böyük nüfuz qazanıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri “İlham Əliyev və Böyük Qayıdış” kitabının müəllifi Eldar Nuriyev jurnalistlərə açıqlamasında zamanı deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin səyi və qətiyyətli rəhbərliyi nəticəsində Azərbaycan dünyada güclü dövlətlər sırasında tanınıb. “Məhz onun uzaqgörən siyasəti, səyləri və güclü Ordumuz sayəsində 44 günlük Vətən müharibəsində doğma Qarabağımız işğaldan azad edilib. Bu tarixi Zəfər Azərbaycan xalqının yaddaşında əbədi qalacaq. Kitab isə bu prosesləri mərhələli şəkildə izah etməklə, həm tarixi həqiqətləri sənədləşdirir, həm də gələcək nəsillərə yol göstərir və onlara ilham mənbəyi olur”, - deyə müəllif vurğulayıb.

Seçilən
60
azertag.az

1Mənbələr