AZ

Təyyar Eyvazov xəbərdarlıq etdi: Xəstəliyi vaxtında aşkar etmək vacibdir

Respirator viruslar yoluxduqdan sonra orta hesabla 3–5 gün ərzində digər insanlara yoluxduruculuğunu itirir. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov xəbərdarlıq edib ki, bu müddət infeksiyanın növündən və şəxsin immunitetindən asılı olaraq dəyişə bilər.

Eyvazov “Instagram” üzərindən keçirilən canlı yayımda bildirib ki, immuniteti zəif olan şəxslərdə yoluxduruculuq müddəti daha uzun ola bilər və xəstə erkən mərhələdə aşkar edilməlidir. “Əlamətlər əsasında xəstəliyi müəyyənləşdirmək mümkündür. Vaxtında tədbir görmək həm xəstənin, həm də ətrafdakının sağlamlığı üçün vacibdir”, – həkim deyib.

Ekspertin tövsiyələrinə görə, xəstə şəxslərin qapı və pəncərələri açıq saxlaması, maska taxması və digər insanlarla yaxın təmasdan qaçması virusun yayılmasının qarşısını alır. Eyvazov həmçinin evdə düzgün izolyasiya və gigiyena qaydalarının qorunmasının əhəmiyyətini vurğulayıb.

News365.az

Seçilən
25
news365.az

1Mənbələr