AZ

Lənkəranda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib  

Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və “Buta Trade Company"nin birgə təşkilatçılığı ilə “Xəzər Palace” hotelində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib. 

Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət himninin əsləndirilməsi ilə başlayıb. Çıxış edən ŞİH-in başçısı T.Qaraşov “Konstitusiya və Suverenlik İli” çərçivəsində Lənkəranda ilboyu bu istiqamətdə müxtəlif sahələr üzrə çoxsaylı tədbirlərin keçirildiyini qeyd edib, dövlət başçısının strateji siyasəti nəticəsində 2025-ci ildə ölkəmizdə, o cümlədən Lənkəran rayonunda sosial-iqtisadi sahədə dinamik inkişafın qorunub saxlanıldığını vurğulayıb. Ölkədə yaradılan əlverişli şəraitin yerli sahibkarlığın dayanıqlı inkişafını təmin etdiyini deyən T.Qaraşov bunun məşğulluğu artırdığnı və iqtisadiyyatın şaxələndirilməsinə səbəb olduğunu nəzərə çatdırıb. Bildirib ki, bu gün biz təkcə həmrəyliyimizi, Yeni ilin gəlişini deyil, həm də Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində müstəqil Azərbaycanın əldə etdiyi uğurları, dövlətimizin inkişafını, xalqımızın əzmini və gələcəyə olan inamını və ən nəhayət, şəhidlərimizin qanı bahasına əldə olunan torpaqlarımızda suverenliyimizi qürurla qeyd edirik.

Sonra Milli Qəhrəman Pəncəli Teymurovun anası Vahimə Teymurova və şəhid Elnur Talıbovun anası Gülçöhrə Əliyeva çıxış ediblər. Şəhid anaları onlara göstərilən xüsusi diqqət və qayğıdan razılıqlarını ifadə ediblər, bütün problem və qaldırdıqları məsələlərə həssaslıqla yanaşıldığını bildiriblər.

Çıxışlardan sonra yerli incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər. 

Seyran CAVADOV,

 “Azərbaycan”

Seçilən
10
1
azerbaijan-news.az

2Mənbələr