Bakı, 24 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
16:16
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunun 2-ci Alatava ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.