AZ

Cənubi Koreya mübahisəli adalar ətrafında hərbi təlimlər keçirib

Uzaq Şərqdə gərginliyin artması ilə Cənubi Koreya Yaponiya ilə münasibətləri ilə bağlı vacib bir addım atıb.

Yonhap-ın adı açıqlanmayan mənbələrə istinadən verdiyi məlumata görə, Cənubi Koreya ordusu Yaponiya ilə mübahisəli Dokdo/Takeşima adaları yaxınlığında təlimlər keçirib.

Mənbələr bildiriblər ki, illik hərbi təlim "torpağı, xalqı və mülkü qorumaq vəzifəsini yerinə yetirmək üçün" keçirilir və bu təlim əvvəlkilərlə oxşar miqyasdadır.

Cənubi Koreya iyul ayında Dokdo/Takeşima adaları ətrafında hərbi təlimlər keçirmiş və Yaponiya buna etiraz etmişdi.

Cənubi Koreyanın "Dokdo", Yaponiyanın isə "Takeşima" adlandırdığı bölgə uzun müddətdir ki, iki ölkə arasında suverenlik mübahisələrinin mövzusu olub.

Seçilən
7
aznews.az

1Mənbələr