ABŞ İranın nüvə proqramı ilə bağlı rəsmi danışıqlara hazırdır, lakin bu yalnız Tehran birbaşa dialoqa açıq olduqda mümkün olacaq.
News365.az xəbər verir ki, bu barədə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisinin müavini Morqan Ortaqus “USA Today”ə açıqlamasında bildirib.
Ortaqus qeyd edib ki, hazırda Vaşinqtonun məqsədi açıq danışıqlar aparmaq deyil. “Lakin İran birbaşa dialoqa hazır olarsa, ikitərəfli danışıqların keçirilməsi mümkündür”, – o əlavə edib.
Eyni zamanda ABŞ rəsmisi vurğulayıb ki, Vaşinqton hələ də Tehranın uran zənginləşdirməsinin yolverilməz olduğuna dair mövqeyini qoruyur.
News365.az