ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verildiyi kimi Ağcabədidə doğuş zamanı körpə ölümü baş verib.Zərdab rayon sakini 2004-ci il təvəllüdlü Ləman Abbas qızı Rəhimova hamiləlik sancısı ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Doğuş zamanı qadının bətnində olan qız övladı tələf olub.
MÖVZU İLƏ BAĞLI:
Doğuş zamanı körpə həyatını itirdi
Bəs, körpə hansı səbəbdən ölüb?Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 23.12.2025-ci il tarixində saat 19:15 radələrində 2004-cü il təvəllüdlü, hamiləliyi 39 həftə olan qadın Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub.24.12.2025-ci il saat 08:30 radələrində ölü döl ana bətnindən xaric edilib.Hazırda ananın müalicəsi Doğum şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.Məlumatda o da qeyd olunub ki, dölün meyiti təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Təşrihin nəticəsindən asılı olaraq dölün ölümünün dəqiq zamanı və bilavasitə səbəbi haqqında rəy təqdim etmək mümkün olacaq.Alçina Amilqızı, Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.