AZ

Zelenski ABŞ-la müzakirə edilən sülh planının bütün maddələrini açıqladı…


Ukrayna Prezidenti Zelenski Vaşinqtonla müzakirə edilən sülh planının 20 maddəlik layihəsini ictimaiyyətə açıqlayıb. Sənəd təhlükəsizlik tənzimləmələri, ərazi statusu, iqtisadi inkişaf fondları və siyasi proseslər daxil olmaqla geniş çərçivəni əhatə edir.

Zelenski bildirib ki, plan Ukraynanın suverenliyini və uzunmüddətli təhlükəsizliyini təmin etməlidir.

Planın bəndləri aşağıdakı kimi sadalanıb:

1. Ukraynanın suverenliyinin təsdiqlənməsi.

2. Rusiya və Ukrayna arasında hücum etməmək haqqında müqavilə, təmas xəttində monitorinq.

3. Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin yaradılması.

4. Sülh dövründə Ukrayna Silahlı Qüvvələrinin sayı – 800 min nəfər.

5. ABŞ, NATO və Avropa Ukraynaya NATO Nizamnaməsinin 5-ci maddəsində göstərilənlərə bənzər təhlükəsizlik zəmanətləri verməsi. Buraya Rusiya gələcəkdə mümkün hücumuna hərbi qarşılıq verilməsi və sanksiyaların yenidən bərpası daxildir.

6. Rusiya Avropa və Ukraynaya qarşı hücum etməmək siyasətini bütün zəruri qanunlarda təsbit edəcək.

7. Ukrayna müəyyən edilmiş müddətdə Aİ-nin üzvü olacaq. Ukrayna üzvlük tarixinin də mətnə daxil edilməsini istəyir.

8. İnvestisiyalarla bağlı ayrıca sazişdə müəyyən ediləcək qlobal inkişaf paketi.

9. Bərpa məsələlərinin həlli üçün bir neçə fond yaradılacaq. Məqsəd – 800 milyard dollar cəlb etməkdir.

10. Ukrayna ABŞ-la azad ticarət sazişinin bağlanması prosesini sürətləndirəcək.

11. Ukraynanın nüvəsiz statusu.

12. Zaporojye Atom Elektrik Stansiyası üçün birgə idarəetmə modeli müəyyən edilir. ABŞ üçtərəfli idarəetmə təklif edir. Kiyevin əks təklifi ABŞ və Ukraynanın idarəetməni bərabər şəkildə bölüşməsidir (50/50).

13. Məktəblərdə müxtəlif mədəniyyətlərin anlaşılmasını və tolerantlığı təşviq edən, irqçilik və qərəzi aradan qaldıran təhsil proqramlarının hazırlanması.

14. Ərazi məsələsinin həlli. Mümkün variantlar arasında Rusiyanın Dnepr, Nikolayev, Sumı və Xarkov vilayətlərindən çıxması yer alır. Donetsk, Luqansk, Zaporojye və Xerson üçün mövcud xətlərin saxlanılması təklif olunur. Razılığa gəlinməsə, azad iqtisadi zonanın yaradılması və bu barədə referendum keçirilməsi variantı nəzərdən keçirilir.

15. Rusiya və Ukrayna razılaşmaları güc yolu ilə dəyişməmək öhdəliyini götürür.

16. Ukraynanın Dnepr çayından və Qara dənizdən kommersiya məqsədləri üçün istifadəsinə mane olunmayacaq. Kinburn burnu demilitarizasiya ediləcək.

17. Bütün əsirlərin “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi, mülki şəxslərin, uşaqların və siyasi məhbusların geri qaytarılması.

18. Ukrayna saziş imzalandıqdan sonra mümkün qədər tez seçkilər keçirməlidir.

19. Bu saziş hüquqi cəhətdən məcburi olacaq. Onun icrasına Trampın rəhbərlik etdiyi Sülh Şurası nəzarət edəcək.

20. Bütün tərəflər razılığa gəldikdən dərhal sonra tammiqyaslı atəşkəs qüvvəyə minəcək.

Rəsmilər danışıqların və plan üzrə texniki işlərin davam etdiyini bildirirlər.

TAHİR

Seçilən
18
baki-xeber.com

1Mənbələr