AZ

USQ Rusiyadakı raket yanacağı zavoduna və Krımdakı dəniz dronları bazasına hücum edib

Dekabrın 24-ü gecəsi Ukrayna Müdafiə Qüvvələri Rusiyadakı raket yanacağı istehsalı zavoduna, eləcə də dəniz dronları bazasına və sursat anbarlarına zərbələr endirib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Telegram kanalına istinadən məlumat verib.

Bildirilib ki, Rusiyanın Tula vilayətindəki Yefremov şəhərində plastik partlayıcı komponentlər və bərk raket yanacağı istehsalında ixtisaslaşmış Yefremov Sintetik Kauçuk Zavoduna ziyan dəyib. Zavodda partlayışlar və genişmiqyaslı yanğın qeydə alınıb.

Müvəqqəti işğal altında olan Ukrayna Krımının Mirnı yaxınlığında ekipajsız katerləri üçün saxlama və texniki xidmət müəssisəsinə də ziyan dəyib.

QAZİLER.AZ

Seçilən
18
1
qaziler.az

2Mənbələr