AZ

Azərbaycan Din Xadimlərinin 2-ci Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

“Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusunda keçirilən Azərbaycan Din Xadimlərinin 2-ci Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

Aznews.az xəbər verir ki, müraciətdə deyilir:

"Möhtərəm cənab Prezident,

Biz - Azərbaycandakı müxtəlif dini konfessiyaları təmsil edən din xadimləri Zati-alinizə dərin ehtiramımızı çatdırır, göstərdiyiniz diqqət, qayğı və dəstəyə görə minnətdarlığımızı bildiririk.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət-din münasibətləri modeli Sizin müdrik siyasi iradənizlə zamanın çağırışlarına uyğun şəkildə daha da gücləndirilmiş, ölkəmizdə bütün dinlərin nümayəndələrinin qanunla təsbit olunmuş etiqad azadlığından sərbəst istifadə etməsi üçün şərait yaradılmışdır. Bu siyasət nəticəsində dini icmalar öz fəaliyyətlərini azad və şəffaf şəkildə həyata keçirir, sıx əməkdaşlıq edirlər. Dövlət tərəfindən dini abidələrin qorunması, bərpası və yenilərinin inşası, din xadimlərinin sosial təminatı, dini təhsil və maarifləndirmə sahəsində həyata keçirilən kompleks tədbirlər milli-mənəvi dəyərlərimizin yaşadılmasına, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsinə xidmət edir. Zati-alinizin rəhbərliyi altında görülən işlər dini icmaların fəaliyyətini dəstəkləməklə yanaşı, xalqımızın mənəvi həyatını zənginləşdirir, tarixi-mədəni irsin qorunmasına, yüksək əxlaqi və vətənpərvər keyfiyyətlərin təşviqinə dəyərli töhfələr verir.

Müasir Azərbaycanın əldə etdiyi nailiyyətlər, xüsusilə Müzəffər Ali Baş Komandan kimi Sizin müdrik rəhbərliyinizlə qazandığımız və bu il 5 illiyini qeyd etdiyimiz Vətən müharibəsi Zəfəri tarixə xalqımızın iradəsinin və birliyinin təcəssümü kimi qızıl hərflərlə yazılmışdır. Müharibənin bitməsindən dərhal sonra sülh çağırışı etməklə Siz xalqımızın yüksək mənəvi keyfiyyətlərini, humanist və ədalətsevər ruhunu bir daha parlaq şəkildə nümayiş etdirdiniz. Növbəti dəfə sübut etdiniz ki, Azərbaycan bu qələbəni regionda davamlı sülhün, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təmin olunması üçün fürsət kimi qiymətləndirir.

İşğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq və yenidənqurma işləri dövlətimizin güclü iradəsinin, Sizin uzaqgörən siyasətinizin qürurverici nəticələridir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Qarabağ və Şərqi Zəngəzurda, eləcə də ölkə sərhədlərindən kənarda tarixi, mədəni və dini abidələrin bərpası, yenidən qurulması istiqamətində həyata keçirdiyi layihələr bütün dünyada ümumbəşəri mədəni irsin qorunmasına yönəlmiş nümunəvi təşəbbüslər kimi qiymətləndirilir. Bu layihələr həm də müxtəlif dini konfessiyaların, mədəniyyətlərin və xalqların tarixi irsinə dövlətimiz tərəfindən eyni dərəcədə hörmət və qayğı ilə yanaşıldığını göstərir, sivilizasiyalararası həmrəyliyin möhkəmlənməsinə, mədəniyyətlərarası dialoqun inkişafına xidmət edir.

Qlobal miqyasda dini və etnik gərginliklərin sürətlə artdığı, münaqişə və qarşıdurmaların beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaratmaqda davam etdiyi müasir dövrdə Azərbaycanın unikal tolerantlıq və multikulturalizm təcrübəsinin əhəmiyyəti daha da aktuallaşır. Dünyanın bir çox ölkəsində islamofobiya, ksenofobiya, antisemitizm, irqi ayrı-seçkilik və dini-mədəni ziddiyyətlərin dərinləşdiyi, cəmiyyətlərdə qütbləşmə, qarşıdurma və etimadsızlıq hallarının müşahidə olunduğu məyusedici mənzərənin fonunda ölkəmizdə bütün dini, etnik icmalara hörmət və diqqətlə yanaşılması, müxtəlif mədəniyyətlərin, dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və dialoqun təşviq edilməsi sahib olduğumuz dövlət-din münasibətləri modelinin nə qədər uğurlu olmasının parlaq təzahürləridir. Heç şübhəsiz, Azərbaycan modeli regional və qlobal sülhün, humanizmin və sivilizasiyalararası dialoqun möhkəmlənməsini istəyən beynəlxalq ictimaiyyət üçün də misilsiz nümunədir.

Seçilən
19
14
aznews.az

10Mənbələr