Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Sosial şəbəkələrdə 11 il Lənkərandakı Ağciyər Xəstəlikləri Xəstəxanasında işlədiyini bildirən Nəzirə Məcidin heç bir əsas göstərilmədən işdən azad olunduğunu ifadə etdiyi görüntülər yayılıb.
Onun sözlərinə görə, oktyabr ayında işdən çıxarılsa da, bu barədə ona rəsmi məlumat yalnız 5 dekabr tarixində verilib. İddiaçının sözlərinə görə, çalışdığı həmin 2 ay üçün ona əməkhaqqı ödənilməyib.
Modern.az məsələyə aydınlıq gətirmək məqsədilə TƏBİB-ə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq aidiyyəti qurumdan bildirilib ki, Ağciyər Xəstəlikləri Mərkəzinin Salyan Regional Xəstəxanasının Lənkəran Regional Şöbəsində aparılmış yoxlamalar zamanı sanitar qadın vəzifəsində çalışan şəxsin əmək intizamını ciddi pozduğu (üzrlü səbəb bildirmədən işə gəlməmə) müəyyən edilib.
Bu səbəbdən həmin şəxs 29.10.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddəti başa çatdığı üçün) işdən azad edilib.
Əmək müqaviləsinə xitam verildikdən sonra yekun ödənişlər işəgötürən tərəfindən tam şəkildə ödənilib.
Müvafiq qurumdan verilən məlumata görə, sözügedən şəxslə danışıqlar aparılıb və o, gələcəkdə daxili nizam-inzizam qaydalarına məsuliyyətlə yanaşacağını, bu cür halların təkrarlanmayacağını bildirib.
Qeyd edilib ki, 2026-cı ilin yanvar ayından etibarən qeyd edilən şəxslə Salyan Regional Xəstəxanasının Lənkəran Regional Şöbəsinə sanitar qadın vəzifəsinə yenidən işə qəbul edilməsi nəzərdə tutulur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.