AZ

Valideynlərə ciddi xəbərdarlıq: Uşaqları məcbur etməyin, problemlər artır

2023-cü ildə aparılan beynəlxalq tədqiqat məlumatlarına görə, uşaqların və yeniyetmələrin təxminən 22 %-i faizi düzgün qidalanmır. Qeyd olunur ki, dünyada hər beş yeniyetmədən biri isə qidalanma problemi yaşayır. Ekspertlər bunu sosial media təzyiqi və xarici görünüşdən narazılıqla əlaqələndirirlər.

Coğrafiyadan asılı olmayaraq sözügedən problem bütün dünyada yaşanır. Hətta bəzi ölkələrdə yeniyetmələrin yaxın ətrafı tərəfindən artıq çəkiyə görə psixoloji təzyiqə məruz qalması barədə məlumatlarlar var.

Azərbaycanda bu sahədə vəziyyət necədir? Yeniyetmə və uşaqlar niyə qidalanma problemi yaşayır?

Bu suallara cavaba olaraq Ölkə.Az-a danışan diyetoloq Günay Həsənova yaş dövründən asılı olmayaraq uşaq və yeniyetmələrdə zərərli qidalara meyil olduğunu söyləyib:

“Əsasən, bu, azyaşlı uşaqlarda rast gəlinir. Onlar bu zərərli qidaları (cips və s.) ekranda cizgi filmlərinə və s. baxaraq fərqində olmadan yeyirlər. Kiçik yaşda olduqları üçün nə qədər zərərli olduğu deyilsə də, başa düşmürlər.

Azyaşlı uşaqlarda vaxtsız qidalanma və yaxud porsiyanın orqanizmə uyğun olmayan qədəri və daha çox olduqda bu hormonal pozğunluqlara, qaraciyər piylənməsinə səbəb ola bilər. 

Bizə müraciət edən valideynlər arasında hələ övladına çəkiyə görə təzyiq göstərilməsi halları ilə rastlaşmamışam. Sadəcə valideyn övladına görə narahat olur. Qız uşaqlarında əsasən, menustrasiya dönəmində qidalanma problemləri yaşanır. Bu da hormonal dəyişikliklərlə əlaqədardır”.

Mütəxəssis övladı qidalanma problemi yaşayanlara bir neçə tövsiyə də verib:

“Yaxşı olar ki, valideynlər övladlarına “bunu yemək olmaz”, ya da “bu almanı yeməlisən” deməməlidir. Meyvənin faydaları, meyvə ilə qidalansa, sağlamlığa nə kimi faydalar verə bilər onu izah etməlidirlər.
Almanın niyə faydalı olduğunu, ona nə üçün lazım olduğunu ətraflı şəkildə danışmalıdırlar. Məsələn deməlidirlər ki, bu balığı yesən, yaddaşın artacaq, dərslərində uğurlu olacaqsan. 

Ümumiyyətlə, evdə meyvə yeməyi vərdiş halına gətirmək lazımdır. Hər axşam məsələn, valideynlər meyvə soyub övladlarına da təklif etməlidirlər. Deməlidirlər ki, indi bizim meyvə saatımızdır. Bunu məcburiyyət olaraq  nevroloji fon yaradaraq etmək olmaz. Uşağı nəyisə yeməyə məcbur etmək doğru deyil. Valideynlər bunu etməsinlər”.

Billurə Yunus

Seçilən
26
2
olke.az

3Mənbələr