Rusiya Prezidenti Vladimir Putin bu gün Nazirlər Kabinetinin 2025-ci il üzrə yekun iclasını keçirib.
News365.az TASS-a isinadən xəbər verir ki, iclas zamanı maraqlı anlar yaşanıb.
Belə ki, Putin hökumətin iclasda tam tərkibdə iştirak etməsindən şad olduğunu bildirib: “Şadam ki, bu gün hökumət tam tərkibdədir. Müxtəlif qurumların və güc bloku nümayəndələri buradadır”.
Daha sonra o, iclas iştirakçıları arasında 2013-cü ildən Mərkəzi Bankın sədri olan 62 yaşlı Elvira Nabiullinanı axtarmağa başlayıb: “Mərkəzi Bankın rəhbəri də buradadır, elədir? Elvira Saxipzadovna buradadır. Sizdən hökumət iclaslarında daha tez-tez iştirak etməyinizi xahiş edirəm”.
Həmin görüntüləri təqdim edirik: