AZ

2035-ci ilədək elektrik stansiyalarında süni intellektdən istifadə 110 milyard dollara qənaət etməyə şərait yaradacaq

Bakı, 24 dekabr, AZƏRTAC

2035-ci ilə qədər elektrik stansiyalarının istismarında və texniki xidmətlərində süni intellektdən istifadə olunması ilə 110 milyard dollaradək vəsaitə qənaət edilə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.

Bildirilir ki, süni intellekt təchizat, ötürmə və tələb profillərinin mürəkkəbliyinə görə elektrik sistemlərində müxtəlif tətbiqlərə malikdir. Süni intellekt, həmçinin bərpaolunan elektrik enerjisinin şəbəkəyə daha geniş inteqrasiyasına imkan verir. Süni intellektdən istifadə etməklə mövcud xətlərdə 175 giqavata qədər əlavə ötürmə gücü əldə edilə bilər.

Məlumata görə, neft-qaz şirkətləri kəşfiyyat və hasilatı artırmaq üçün yeni texnologiyaların ən erkən tətbiqçiləri arasında olublar. 2000-ci ildə neft və qaz şirkətləri tərəfindən idarə olunan 11 superkompüter dünyanın ən sürətli 500 superkompüteri arasında yer alıb. 2024-cü ilədək bu rəqəm 24-ə çatıb və ümumi hesablama gücü hər il təxminən 70 faiz artaraq daha geniş superkompüter sənayesini geridə qoyub.

Sənayedə süni intellekt istehsal proseslərini optimallaşdırmaq üçün müxtəlif yollarla istifadə olunur. Süni intellektdən geniş istifadə elektronika və ya maşınqayırma istehsalı kimi yüngül sənayedə 2035-ci ilədək 8 faiz enerji qənaətinə nail olmaq mümkündür.

Seçilən
51
1
azertag.az

2Mənbələr