AZ

Atəşkəs POZULDU – İsrail zabiti Qəzzada YARALANDI

İsrail Baş nazirinin ofisibildirib ki, HƏMAS atəşkəsi pozmaqda davam edir.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb. 

Məlumata görə, İsrail hökuməti Qəzza zolağında baş verən və İsrail ordusunun hərbçisinin yaralanması ilə nəticələnən bugünkü insidentə sərt reaksiya verib.

“Onların tərksilah olunmaqdan davamlı və açıq şəkildə imtina etməsi qaba bir pozuntudur. Bu gün onların zorakı niyyətləri və qayda pozuntuları İsrail ordusunun zabitinin yaralanmasına səbəb olan əldəqayırma partlayıcı qurğunun partladılması ilə bir daha təsdiqləndi”, – bəyanatda bildirilib.

Hökumət başçısının ofisi vurğulayıb ki, HƏMAS imzaladığı sazişin şərtlərinə, o cümlədən anklavın idarə edilməsindən imtina, demilitarizasiya və deradikalizasiya öhdəliklərinə əməl etməlidir.

Qeyd olunub ki, pozuntular baş verəcəyi təqdirdə İsrail buna uyğun şəkildə cavab verəcək.

Xatırladaq ki, daha əvvəl İsrail ordusunun mətbuat xidməti sektorun cənubunda, Rəfah rayonunda partlayıcı qurğunun işə düşməsi nəticəsində bir hərbçinin yaralandığını bildirmişdi.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
41
interpress.az

1Mənbələr