AZ

İsrail Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib

Dekabrın 24-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Doğru.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İsrail Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edərək, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon danışığı zamanı ölkələr arasında əlaqələrin inkişaf etdiyi vurğulanıb və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

DOĞRU.AZ

Seçilən
17
32
dogru.az

10Mənbələr